Kiyevdə həyəcan siqnalları səngimir
Ukraynada müharibə davam edir. Şəffaflıq.az bildirir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, hazırda Kiyev vilayətində gərginlik davam edir. “Demək olar ki, hər 15 dəqiqədən bir həyəcan siqnalları verilir. Paytaxt sakinlərinə zirzəmilərdən çıxmamaqla bağlı xəbərdarlıq olunub”, - deyə jurnalist qeyd edib. O da bildirilib ki, hazırda vəziyyətlə əlaqədar bütün market və iaşə obyektləri fəaliyyətini dayandırıb.
Xəbəri paylaş
Facebook-da paylaş