Ərdoğanın Putinə təklifi...
Bu həftə Astanada keçiriləcək "Asiyada əməkdaşlıq və etimad tədbirləri konfransı" çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş ola bilər. Şəffaflıq.az axar.az-a istinadən bildirir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. Görüş zamanı Ərdoğanın Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etmək təklifini müzakirə etməyin mümkün olduğunu deyən Peskov yekun planın olmadığını vurğulayıb: "Rusiya Qərblə Ukrayna ilə bağlı danışıqlar aparmaq təklifi almayıb, hələlik dəqiq bir şey yoxdur, nəticəni indidən demək olmaz".
Xəbəri paylaş
Facebook-da paylaş