Rəcəb Tayyib Ərdoğan: “Dünyada "F-16"ların da alternativləri var”.
“Dünyada "F-16"ların da alternativləri var”. Şəffaflıq.az xəbər verir kii, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, "S-400"ləri aldıq. Əgər ABŞ-da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, - dövlət başçısı bildirib. Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri "F-16" qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cpzef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş