Yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

 Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.
Report-un məlumatına görə, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.
Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.
Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}