ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq



ABŞ hakimiyyəti Şimali Koreya ətrafında yaranmış vəziyyətə görə BMT Təhlükəsizlik Şurasından açıq iclas keçirməyi xahiş etmək niyyətindədir. Məlumata görə, görüşün KXDR-in son 5 ildə Yaponiya üzərindən ilk raket buraxılışı fonunda təşkil edilməsi təklif edilir.

Bildirilir ki, əksər diplomatlar Şimali Koreyanın hərəkətlərinə görə BMT Təhlükəsizlik Şurası vasitəsilə hər hansı ciddi addım gözləmirlər. Belə ki, təşkilatın Təhlükəsizlik Şurasının bu istiqamətdə mühüm addımlar atması ehtimalı azdır.

Qeyd edək ki, Şimali Koreyanın Yaponiya üzərində ballistik raket buraxması ilə bağlı məlumatlar oktyabrın 4-də yayılıb. Mərmi Yaponiya ərazisi üzərindən uçaraq Sakit okeana düşüb. Eyni zamanda, Yaponiyada KXDR-dən raketin buraxılması ilə əlaqədar fövqəladə xəbərdarlıq sistemi işə düşüb. Xüsusən də Aomori prefekturasının bir sıra rayonlarının sakinləri sığınacaqlara çağırılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}