BAEA-ya üzv 50 ölkə Zaporojye AES-lə bağlı birgə bəyanat yaydı



BAEA-ya üzv olan 50 ölkənin nümayəndəsi Zaporojye AES-lə bağlı birgə bəyanat yayıb.

BAEA-nın baş konfransında çıxış edən nümayəndələr Rusiyanı nüvə şantajını dayandırmağa çağırıblar. Eyni zamanda Ukraynanın nüvə obyektlərinə hər hansı müdaxilənin də dərhal dayandırılmasının zəruriliyini bildiriblər.

Bu barədə “Energoatom”un mətbuat xidməti məlumat yayıb.

Konfrans iştirakçıları qeyd ediblər ki, Rusiya Federasiyasının Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində keçirdiyi referendum saxtadır. Həmçinin vurğulayıblar ki, hər hansı saxta referendum Zaporojye AES-in və ya onun ətrafındakı ərazilərin statusuna heç bir hüquqi və siyasi təsir göstərməyəcək.

“Biz bir daha Rusiya Federasiyasını Ukraynadakı nüvə obyektlərinə qarşı bütün hərəkətləri dərhal dayandırmağa çağırırıq. Ukraynanın səlahiyyətli orqanları onlara tam nəzarəti bərpa edə bilməlidir...”  - deyə birgə bəyanatda qeyd edilib.

Bəyanatda bildirilir ki, Rusiya Federasiyası Zaporojye AES-in ərazisində olduğu müddətdə nüvə insidenti riskləri yüksək olaraq qalacaq.

“Stansiya bundan sonra da Ukrayna enerji sisteminin tərkib hissəsi kimi Ukraynanın elektrik şəbəkəsinə qoşulu qalmalıdır”, - deyə vurğulanıb.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}