Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.-FOTO

 13 sentyabr 2019-cu il tarixdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Şəffaflıq.az xəbər verir ki,qəbulda 11 nəfər vətəndaş iştirak etmişdir.
Bunlardan 1 nəfər gənclər sahəsi, 1 nəfər “Gənclər evi”nin tikintisi, 3 nəfər Olimpiya İdman Kompleksinin, eyni zamanda digər idman qurğularının tikintisi və təmiri, 2 nəfər idman avadanlığının verilməsi, 1 nəfər şəxsi məsələ, 1 nəfər işlə təminat, 2 nəfər isə fəxri adın və məşqçilik dərəcəsinin verilməsi ilə bağlı müraciət etmişdir.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan  müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir.

Şəffaflıq.az
Şamaxı:
Vahid İsmayılov.




 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}