Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə" ilə üz-üzə gələcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, rəqibindən bir oyun az keçirən Tovuz klubu 3 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Günün digər görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Ağ-qaralar" 6 xalla 4-cü, "qartallar" isə 4 xalla 5-cidir. Bu, tərəflərin Premyer Liqadakı 27-ci matç olacaq. Əvvəlki görüşlərin 12-də qonaqlar, 7-də meydan sahibləri qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 27:27.

Azərbaycan Premyer Liqası, IV tur

26 avqust (cümə)

18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
“Kapital Bank Arena”

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”

Qeyd edək ki, IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}