Marsda vaxtilə bol su olduğunu göstərən təsvir dərc edilib
Avropa Kosmik Agentliyi (ESA) Marsda mayenin paylanması xəritəsini dərc ediblər. Xəritə “Mars Express” və “Mars Reconnaissance Orbiter” alətlərindən istifadə etməklə tərtib edilib. Burada vaxtilə su ilə zəhgin ərazilər göstərilib. Alimlər hesab edirlər ki, Marsın tədqiqində paradiqma dəyişikliyindən danışmaq olar. Belə ki, əvvəllər qırmızı planetdə suyun az miqdarda olması ehtimal edilirdisə, indi suyun bütün planetin geologiyasının formalaşmasında böyük rol oynadığına heç bir şübhə yoxdur. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş