İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib



Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}