Rusiya Ukraynada döyüşmək üçün könüllü batalyonlar yaradır
Rusiya Ukraynada davam edən müharibəyə hərbçi cəlb etmək adı altında 50-dən çox könüllü batalyon yaradır. Bu açıqlama ilə tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib. “Belə batalyonlar Rusiya Federasiyasının 34 bölgəsində yaradılır, onların hər birinin öz adı olacaq”, - deyə hərbi ekspert bildirib. O. Jdanov əlavə edib ki, könüllü batalyonlara qoşulan rusiyalılara ayda orta hesabla 100-360 min (2 800 – 10 000 manat) rubl maaş vəd edilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş