Eyni anda 4 ölkənin 7 universitetinə qəbul olan gənc.


Müsahibimiz Səbinə Səmədova təhsildə qazandığı uğuru ilə hər kəsin diqqət mərkəzindədir. 

O durmandan çalışıdı, oxudu məqsədili şəkildə istədiyinə nail oldu.

Səbinənin uğur hekayəsini dinləmək üçün ailəsində qonaq olduq. Səbinə Elşad qızı Səmədova 2005 ci ildə Ağsu rayon Qaraqaşlı kəndində doğulub.O ilk təhsilini şəhid  Polad Firudun oğlu Mirzəyev adına 5 saylı tam orta məktəbdə alıb və bu məktəbi böyük nailiyyətlələ başa vurub.

18 yaşlı gəncimiz əldə etdiyi uğurun formulunu bizimlə bölüşdü.


Səbinə deyir ki, əgər bir insan uğur qazanmaq istəyirsə o mütləq şəkildə vaxtının böyük bir hissəsini dərslərə ayrımmalı, boş zamanlarında mütaliə etməldir.

Bununla yanaşı O duolingo dil imtahanı vermiş 100 bal toplamışdır. Daha sonra Attestatı, 12-ci sinif diplomu və duolingo nəticəsi ilə xaricdə bir çox universitetə baş vurmub.

4 ölkənin Amerika,Türkiyə, Canada və  Gürcüstanın 6 universitetinə (Acadia University, University of Prince Edward Island, Ferris state university, University of South Florida, Bahçeşehir university, Atılım University, Cleveland state university) Tibb sahəsi üzrə qəbul olub.


Gəncimiz gələcək təhsili üçün Amerikanın Ohio ştatında  yerləşən Cleveland University'ni seçmiş həmin universitetdən illik 4000$ ümumi olaraq isə 16000$ təqaüd qazanıb.

Çətin zamanlarda ən böyük dəstəkçim anam, atam, ailə böyüklərim Baba və mənənlərim oldu deyir müsahib. Səbinənin gəlcəkdə universitet seçimi edəcək abituriyentlərədə kiçik tövsiyəsidə var.

Səbinə bu xəbəri ilk olaraq anası ilə paylaşıb.Bu xəbəri eşidəndə uçmağa qanadım olmadı deyən Kamilə Səmədova.

4 il pre-medical ilə təhsilinə başlayan gəncimiz sonrakı illərdə medical sahəsi üzrə davam edib, ürək-damar cərrahlığı peşəsi üzrə ilərləyəcək.Bu yolda  ən böyük dəstəkci atası olacaq. 

Müəlllimləridə Səbinənin təhsil həyatında daim uğurlar qazandığını deyir. Gəncimizin 2022-ci ildə eyni məktəbdən yüksək qiymətlərlə məzun olduğunu bildirən məktəbin direktoru Elman Qarayev Səbinənin 2021-ci ildə Kanadada Ontario Secondary school'da 12-ci sinifə daxil olmuş 2022-ci ildə yüksək qiymətlərlə məzun olmuşdur.

Səbinə Səmədova təhsilini bitirib vətənə dönəcəyini, burada öz elmini, tibb sahəsində olan yenilikləri tədbiq edəcəyni bildirib. Azərbaycan xalqına, öz soydaşlarımıza xidmət göstərərək uğur hekayəsini bu şəkildə tamamlayacağını deyən müsahibim, ürək damar cərrahı kimi ilk sıralarda olan doktolardan biri olacağın söz verdi.Bizdə gəncimizə uğurlar arzulayırıq.

Rəşad Aydın.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}