Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub. Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 