Əsas Səhifə > SON XƏBƏR / ƏSAS XƏBƏR > Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub


17-08-2022, 08:52


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub.

Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.


Geri qayıt