"Qəbələ"nin baş məşqçisi: "Bizi ağır oyunun gözlədiyini bilirdik.
"Bizi ağır oyunun gözlədiyini bilirdik. “Şamaxı” gənc və perspektivli futbolçulardan ibarət kollektivdir". Şəffaflıq.az-ın məlumatına görə,bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib. 42 yaşlı mütəxəssis birinci hissəyə yaxşı başlamadıqlarını bildirib: "Sonradan hücumlarımızın ardını gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı ya da gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünmürəm. Nəticə də daha rahat oynamağa imkan verirdi". O, komandanın matça yanaşmasından razı qalıb: "İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və daha yaxşı oyun görəcəyik. Futbol emosiya oyunudur. Oyunda hər futbolçu öz emosiyasını göstərə bilər. Matçın ağır ya yüngül keçməsinə gəlincə, futbolçular ilk yarıda oyunu ələ almaq üçün əllərindən gələni etdilər". Baxşıyevin sözlərinə görə, bu, komandanın maksimumu deyil: "Meydana sonradan daxil olan Omar Hani, Ülvi İsgəndərov və Ramon Maçado əsas heyət üzvləridir. Ola bilər ki, oyuna qoşula bilməsinlər. Onlara güvənirik, əsas heyət üzvü kimi görürük”.
Facebook-da paylaş