İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var



İspaniyanın Valensiya muxtar icmasında keçirilən festivalda güclü külək nəticəsində səhnə uçub. Faciə nəticəsində azı bir nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin “Twitter” profilində məlumat verilib.

Məlumata görə, hadisə Kulyerada 4.18-də (Bakı vaxtı ilə 6.18) baş verib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Baş verənlərlə əlaqədar araşdırmalara başlanılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}