Əsas Səhifə > XARİCİ XƏBƏR > İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var
İspaniyada qasırğaya görə konsert səhnəsi uçdu: Ölən və yaralananlar var13-08-2022, 17:00 |
İspaniyanın Valensiya muxtar icmasında keçirilən festivalda güclü külək nəticəsində səhnə uçub. Faciə nəticəsində azı bir nəfər ölüb, 40-a yaxın insan yaralanıb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin “Twitter” profilində məlumat verilib. Məlumata görə, hadisə Kulyerada 4.18-də (Bakı vaxtı ilə 6.18) baş verib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Baş verənlərlə əlaqədar araşdırmalara başlanılıb. Şəffaflıq.az Geri qayıt |