Zelenski: "Rusiyaya qarşı ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir"
"Ukraynanın işğalına cavab Rusiyanın başladığı müharibə kimi tammiqyaslı olmalıdır”. Şəffaflıq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müttəfiqlərinin Donor Konfransındakı çıxışı zamanı deyib. “Yeni fəlakət kimsəyə lazım deyil. Biz 1986-cı il fəlakətindən, Rusiyanın bütün azad Avropaya qarşı bu dəhşətli müharibəyə hazırlaşdığı onilliklərdən nəticə çıxarmalıyıq”, - o bildirib. Zelenski vurğulayıb ki, Rusiyanın hərbi təcavüzünə cavab olaraq qətiyyətli fəaliyyət və inamlı birlik lazımdır: “Donbassda 8 illik müharibə və 24 fevraldan sonra Ukraynaya qarşı 170 günlük terror - susqunluq yox, yalnız həqiqət lazımdır. Yalnız qəti hərəkət və inamlı birlik lazımdır. Müdafiəmiz üçün silah və mərmi lazımdır. Bizə Ukrayna üçün kifayət qədər həcmdə maliyyə lazımdır”. Onun sözlərinə görə, Rusiyanın tam təcrid edilməsindən ötrü ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir: “Bizim bütün gələcək azad insanlar qarşısınsa borcumuz Rusiyanı dayandırmaq üçün hər şeyi etməkdən ibarətdir. Rusiyanın uduzmasını və daha belə müharibəni təkrarlaya bilməməsini təmin etməliyik. İnanıram ki, biz bunu edə biləcəyik”.
Facebook-da paylaş