Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, avqustun 11-də şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Direktor olmaq istəyən şəxslər avqustun 16-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş