Məktəbəqədər təhsil müəssisələrində növbəyə yazılma prosesinə start verilir



Ölkənin bütün şəhər və rayonları üçün valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə avqustun 2-si saat 11:00-dan etibarən start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək.

Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}