Mixalko: “Enerji sahəsi Azərbaycan və Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir”
“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq bir sıra sahələr üzrə inkişaf edir ki, bunlardan da ən əsası energetikadır”. Şəffaflıq.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko jurnalistlərə deyib. “Avropa Komissiyası rəhbərinin Azərbaycana bu yaxınlarda baş tutmuş səfəri və Bakıda enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması da bunu sübut edir”, - səfir deyib. “Enerji məsələsinin akademik səviyyədə də müzakirə olunmasından çox şadam”, - deyə əlavə edən Mixalko 16-cı Bakı Yay Enerji Məktəbinin (Baku Energy School) bağlanış mərasimində iştirak etməkdən məmnun olduğunu vurğulayıb.
Facebook-da paylaş