Hakimlərin qərar verərkən tez-tez vikipediyadakı məqalələrə istinad etdikləri məlum olub
Hakimlər oxşar işləri tapmaq və presedentlər üzərində arqumentlər qurmaq üçün tez-tez vikipediyadakı məlumatlardan istifadə edirlər. Şəffaflıq.az xəbər verir ki, bu qənaətə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter elmləri və süni intellekt laboratoriyasının araşdırmaçıları gəlib. Tədqiqatçılar onlayn ensiklopediyanın hakimlərin qərarlarına təsir göstərə biləcəyini müəyyən ediblər. Belə ki, hüquqşünaslar sadəcə olaraq onlayn ensiklopediyada tapılan presedentlərə əsaslanır və uyğun məqalə olarsa, iş materiallarında onun istinadı 20 %-ə çatır. Alimlər hüquq fakültəsi tələbələrindən İrlandiya Ali Məhkəməsinin qərarları haqqında onlayn mənbədə dərc olunacaq 150 məqalə yazmağı istəyiblər. Belə ki, materialların yarısı təsadüfi yolla seçilərək hakim, vəkil və klerklərin (kontor işçisi) istifadə edə biləcəyi yerə yüklənib, qalanları isə vikipediya məqaləsi olmadıqda nə baş verəcəyini anlamaq üçün avtonom rejimdə saxlanılıb. Eksperimentin nəticələrinə görə, hakim qərarlarında sitatgətirmə açıq mənbə materiallarındakı işlərə bənzər olduğu halda artıb. Təcrübə üçün İrlandiya məhkəmə sistemi seçilib, çünki bu, ABŞ və Böyük Britaniyadakı sistemlərə bənzəyir. Lakin bu iki ölkədən fərqli olaraq İrlandiyadakı yerli işlər nadirən ensiklopediyaya daxil edilir. Ümumiyyətlə, tədqiqatçılar müxtəlif ölkələrdə aşağı instansiyada vikipediyaya istinadlarda sıçrayış müəyyən ediblər. Bununla belə, Ali və Apellyasiya məhkəmələrində bu təcrübə daha aşağıdır. Araşdırma müəlliflərinin fikrincə, vikipediyaya müraciət etməyin əsas səbəbi vaxta qənaət etməkdir. Hakimlər və vəkillər oxşar işləri tapmaq və həmkarlarının keçmiş təcrübələrinə əsaslanaraq daha sürətli qərar vermək üçün internet axtarışlarından istifadə ediblər. Bildirilib ki, hakimlər düzgün presedenti səhv seçsələr və ya kimsə qərara təsir etmək üçün vikipediya məqaləsini dəyişdirsə, bu, potensial problemlərə səbəb ola bilər. Qeyd edək ki, dünyanın ən məşhur onlayn ensiklopediyası olan vikipediyada məqalələrin mütləq əksəriyyətində əsaslı dəyişiklik etmək internetə girişi olan hər kəs üçün mümkündür.“Report”
Facebook-da paylaş