Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum olub
Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”. Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.
Xəbəri paylaş
Facebook-da paylaş