Sahibkarlığın İnkişafı Fondu indiyə qədər 292 milyon manatlıq zəmanət verib


İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2020-ci il iyun ayından bu il iyulun 1-nə qədər dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat zəmanət verib.

Şəffaflıq.az xəbər verir ki, bunu naziri Mikayıl Cabbarov bildirib.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 milyon manat subsidiya ödənilib", - deyə o, qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}