Əsas Səhifə > SON XƏBƏR / ƏSAS XƏBƏR > Sahibkarlığın İnkişafı Fondu indiyə qədər 292 milyon manatlıq zəmanət verib

Sahibkarlığın İnkişafı Fondu indiyə qədər 292 milyon manatlıq zəmanət verib


27-07-2022, 11:47


İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2020-ci il iyun ayından bu il iyulun 1-nə qədər dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat zəmanət verib.

Şəffaflıq.az xəbər verir ki, bunu naziri Mikayıl Cabbarov bildirib.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 milyon manat subsidiya ödənilib", - deyə o, qeyd edib.


Geri qayıt