Kremlin Qriqoryanla Bakıya göndərdiyi mesaj - İrəvana ABŞ da son xəbərdarlığını etdi


Bir azdan Ermənistanın simvolik dövlətçiliyindən də heç nə qalmaya bilər; kapitulyant ölkə regional və qlobal trendləri ciddiyə almaq zorunda; bütün kozırlar Bakının əlində...

Ermənistan rəsmiləri öz davranışları, açıqlamaları ilə sülhə hamıdan çox töhfə vermək əvəzinə (çünki sülh ən çox kapitulyant ölkəyə gərəkdir), əngəl yaratmağa davam edirlər.

Şəffaflıq.az musavat.com-a istinadən bildirir ki, Tiflisdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla bir neçə gün öncəki görüşdə Ermənistan XİN başçısı Ararat Mirzoyanın yenidən "Dağlıq Qar konflikti" ifadəsi işlədərək, "Minsk Qrupu həmsədrliyi institutunun təcrübəsindən istifadə" zəruriliyini vurğulaması İrəvanın qeyri-konstruktiv mövqedə qaldığını bir daha təsdiqlədi. Ardınca Ermənistan Təhlükəsizlik Şurasının  katibi Armen Qriqiryan iki gün öncəki müsahibəsi ilə bu qənaəti bir az da möhkəmləndirdi.

Aydın görünür ki, məğlub tərəf bəzi xarici çevrələrə arxayın olaraq, bu dairələrin "ağzına baxaraq" və onların barışa xidmət eləməyən destruktiv bəyanatlarından ruhlanaraq israrla problemim bitmədiyi təəssüratını yaratmağa, köhnə-status kvonu bərpa eləməyə çalışır. Bununla da böyük sülhü hər ay ötən ay daha əlçatmaz edir. Qiymətli zaman əldən buraxılır.

*****

Qarabağ problemi isə yoxdur, tarixdə qalıb. Problem varsa belə, bu, ki xalqın barışığı ilə bağlıdır. Başqa heç nə. Əfsus ki, barışığa əngəl ola təkcə Ermənistandakı radikal revanşist qüvvələr və erməni lobbisi yox, həm də Rusiyadır. Təsadüfi deyil ki, əksər rusiyalı ekspertlər iddia edirlər ki, iki xalqın barışığı faktiki mümkün deyil və guya Rusiya hərbçiləri Qarabağdan çıxsa, oradakı erməni əhalini Azərbaycan qırıb çatacaq.

Əlbəttə, az qala uşağa da bəllidir ki, belə ritorikanın arxasında ermənilər üçün Türkdən "xoxan" obrazı düzəldib Qarabağda, Ermənistanda Rusiyanın hərbi mövcudluğunu əbədiyyən qoruyub saxlamaq məramı dayanır, nəinki ermənilərin halına yanmaq istəyi. Zavallı erməni də yüz ildən çoxdur bu bəsit həqiqəti anlamır. Anlamadıqca faciələri də bitib-tükənmir, ard-arda sıralanır...

*****

Bugünlərdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel öz Twitter səhifəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tiflis görüşünü alqışlayaraq yazıb: "Bu, hərtərəfli həll yolunda mühüm addımdır. Avropa İttifaqı dinc, təhlükəsiz və firavan Cənubi Qafqazın tərəfdarıdır. Normallaşma/barışığa yalnız birbaşa dialoq vasitəsilə nail olmaq olar".

Bəli, məhz birbaşa dialoqla. Azərbaycan çoxdan buna hazırdır. Bəs İrəvan? O da bunda maraqlıdırmı? Əfsus ki, son suala təsdiqi cavab yoxdur. Çünki Ermənistan daimi sülh və sabitlikdə maraqlıdırsa, o zaman nədən 10 noyabr sənədinin əsas bəndələrinin icrasını 20 aydır yubadır?

Armen Qrqiroyan məlum qalmaqallı müsahibəsində bildirir ki, daha Ermənistandan Qarabağa hərbi çağırışçılar göndərilməyəcək, amma "Dağlıq Qarabağda yerli çağırışçıların separatçıların "müdafiə ordusu"nda xidmətə çağırışı davam edəcək". Guya Azərbaycana bununla müjdə verir. Əslində isə bizim üçün nə fərqi, Qarabağda Ermənistanın qanunsuz silahlısı olacaq, yoxsa yerli silahlı quldurlar.

Yəni yenə eyni təxribatçı mövqe: Bakıya "4-cü bənd yerinə yetirilməyəcək" mesajı. Bəlkə də bu, Qriqoryanın yox, Moskvanın sözləridir, erməni dili ilə bizə çatdırılır. Bütün hallarda erməni rusla əlbir olub "rezini" daha nə qədər uzadacaq ki? Maksimum, 2025-dək qanunsuz silahlı dəstələr Qarabağdan çıxmasa, Azərbaycan Rusiya sülhməramlıların ərazimizdə qalma müddətini sadəcə, uzatmayacaq və məsələni özü bitirəcək. Yaxud o vaxt Rusiya qarşında konkret şərt qoyula bilər ki, öncə həmin silahlı birləşmələri zərərsizləşdirsin, sonra mandat uzadılsın. Yəni bütün kozrlar Bakının əlindədir.

*****

Bu arada isə Güney Qafqazda geosiyasi proseslər sürət almağa başlayıb. Proseslərdə ən zəif bənd də məhz Ermənistandır. Əgər kapitulyant ölkənin rəhbərliyi gerçəkdən də öz xalqının gələcəyini, təhlükəsizliyini düşünürsə, o zaman təcili şəkildə arzularını imkanlarına uyğunlaşdırmalı, regional və qlobal trendləri ciddiyə almalı, böyük güclərin əlində maşa olmaqdan imtina eləməlidir. Azərbaycan və Türkiyəyə qarşı heç vaxt reallaşmayacaq iddialardan həmişəlik vaz keçməlidir. Əks təqdirdə, Ermənistanın simvolik dövlətçiliyindən də bir şey qalmayacaq.

"Cənubi Qafqazda kifayət qədər təhlükəli və ciddi proseslər gedir, Rusiya ilə onun müttəfiqi sayılan Ermənistan arasında qarşıdurma proqnozlaşdırılır".

Bunu yəhudi mənşəli  rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib.

Ekspertə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsin İrəvan səfərinə ermənilər sevinməli deyil. Onun sözlərinə görə, bu, kifayət qədər pis əlamətdir. "O, Ukraynadakı müharibədən bir qədər əvvəl Moskvaya getmişdi, unutmayın... Onun səfərləri pis işarədir. Bu o deməkdir ki, həmin ölkə ciddi böhranın astanasındadır. Bu, dostluq səfəri deyil. Bu, Ermənistana axırıncı xəbərdarlıq ola bilər. Son xəbərdarlıq isə belədir:  Rusiya və İranla yaxın münasibətlərə son qoyulmalıdır. Əks təqdirdə, Ermənistan Rusiya, İran və Belarus kimi "qara siyahıya" salınacaq", - deyə Felgenhauer qeyd edib.

Analitikin fikrincə, ardınca ABŞ Azərbaycanla və belə görünür, Türkiyə ilə münasibətləri gücləndirməyə başlayacaq, "çünki Türkiyə, əlbəttə ki, regional vəziyyətdə istənilən Ermənistandan daha vacib ölkədir".

Əlavə edək ki, Börnsin səfərindən cəmi bir gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də Ermənistanda olub. Oradan isə Bakıya baş çəkib, Prezident İlham Əliyevlə görüşüb...


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}