İndoneziyada mülki şəxslərə silahlı hücum həyata keçirilib: azı 10 nəfər həyatını itirib



İndoneziyanın şərqində yerləşən Papua əyalətində mülki sakinlərə hücum edən silahlı dəstənin nümayəndələri ən azı 10 nəfəri qətlə yetiriblər.

Əyalətin Polis sözçüsü Əhməd Mustafa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.

O qeyd edib ki, hücumu həyata keçirənlər özlərini Qərbi Papua Azadlıq Ordusunun üzvləri kimi təqdim edən separatçı dəstənin üzvləridir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}