Əsas Səhifə > XARİCİ XƏBƏR > İndoneziyada mülki şəxslərə silahlı hücum həyata keçirilib: azı 10 nəfər həyatını itirib

İndoneziyada mülki şəxslərə silahlı hücum həyata keçirilib: azı 10 nəfər həyatını itirib


17-07-2022, 08:24



İndoneziyanın şərqində yerləşən Papua əyalətində mülki sakinlərə hücum edən silahlı dəstənin nümayəndələri ən azı 10 nəfəri qətlə yetiriblər.

Əyalətin Polis sözçüsü Əhməd Mustafa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.

O qeyd edib ki, hücumu həyata keçirənlər özlərini Qərbi Papua Azadlıq Ordusunun üzvləri kimi təqdim edən separatçı dəstənin üzvləridir.

Şəffaflıq.az


Geri qayıt