İsveç və Finlandiyanın ardından İsveçrə də NATO küləyi əsir
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropada tarazlığı pozub. Şəffaflıq.az xəbər verir ki, davam edən müharibə üzündən İsveç və Finlandiya NATO -ya üzv olmaq üçün müraciət edib, indi isə İsveçrədə NATO səsləri eşidilir. 500 ildən artıqdır ki, faktiki neytrallıq siyasətini davam etdirən İsveçrədə aparılan son sorğular ictimaiyyətin NATO-ya üzvlüyün tərəfdarı olduğunu üzə çıxarıb. May-iyun ayları arasında Təhlükəsizlik Araşdırmaları Mərkəzinin 1000 nəfərin iştirakı ilə keçirdiyi sorğu yanvar ayında dərc edilən analoji sorğu ilə müqayisə edilib. Nəticələr diqqətəlayiq olub. Rusiya Ukraynanı işğal etməzdən əvvəl İsveçrənin 96 faizi neytrallıq siyasətinin tərəfdarı idi. Ən son sorğularda isə dəstək nisbəti 89 faizə çatıb. Rekord sayda isveçrəli (təxminən 52 faiz) ölkələrinin NATO ilə yaxınlaşmasının tərəfdarı olduqlarını, cəmi 27 faiz isə ittifaqa faktiki qoşulmaq istədiklərini bəyan ediblər. Ölkələrinin “tam təchiz edilmiş” ordusuna sahib olması lazım olduğunu düşünənlərin nisbəti əvvəlki rekord olan 74 faizi keçərək 80 faizə yüksəlib.İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarından sonra Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ardından neytrallıq siyasətindən imtina edən İsveçrədə də NATO səsləri yüksəlməyə başlayıb.
Facebook-da paylaş