Tanzaniyada naməlum epidemiya başlayıb
Tanzaniyada naməlum epidemiya başlayıb və artıq üç nəfər ölüb. Xəstəliklə bağlı araşdırmalara başlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Ölkənin cənubunda yerləşən Lindi bölgəsində ümumilikdə 13 hadisə qeydə alınıb. Xəstəliyin simptomları Ebolaya çox oxşardır - şiddətli baş ağrıları, qızdırma, yorğunluq və qanaxmalar, eyni zamanda burun qanamaları. Tanzaniyanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, laboratoriya testlərinin ilkin nəticələri Ebola virusunun mövcudluğunu istisna edir. Ölkə hakimiyyəti yoluxmuş şəxslərin təmasda olduqları insanları araşdırır. Hazırda beş nəfər təcrid olunub. Tanzaniyanın baş həkimi Ayfelo Siçalve vətəndaşları təlaşlanmamağa çağırıb. Sadalanan simptomları olan insanlar dərhal həkimə müraciət etməlidirlər.
Facebook-da paylaş