Qusarda 14 yaşlı yeniyetmə kanalda batıb

 Samur-Abşeron kanalının Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu batıb.
Bu barədə Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}