Nazir: “Biz sülh sevər xalqıq, amma keçmişi də unutmayaq”

Nazir: “Biz sülh sevər xalqıq, amma keçmişi də unutmayaq”
 

"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana ən yüksək səviyyədə sülh müqaviləsi üzərində işləmək təklifi edib. Bu, siyasi iradə və gələcəyə baxış tələb edir".
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən "Diplomatiya həftəsi"nin açılış mərasimində deyib.
ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb.
“Biz 30 illik işğal və müharibə dövrlərində baş vermiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq. Düzdür, biz sülhsevər dövlətik, xalqıq, gələcəyə baxırıq, amma bu, o demək deyil ki, biz keçmişi unutmalı və ondan dərs çıxarmamalıyıq", - XİN başçısı qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}