DİN: Polis tərəfindən döyüldüyünü deyən şəxsin çoxlu qanunsuz əməlləri ortaya çıxıb
Daxili İşlər Nazirliyi (DİN) Ağsu şəhər sakini, şəhid qardaşı Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı daha bir açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, iyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib:
"Bu da ətrafdakıların haqlı narazılığına səbəb olub. O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.
Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 200 manat cərimə edilib.
Buna baxmayaraq, spirtli içki alüdəçisi olan Gülxan Quliyev öz qanunsuz əməllərini davam etdirib".
Şəffaflıq.az
Facebook-da paylaş