Xaçmaz sakini həmkəndlisini tüfənglə yaralayıb
Xaçmaz rayonunun Ağtala kənd sakini M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən F.Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülmüşdür. F.Quliyev saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib.
Araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş