Türkiyə Quru Qoşunlarının yaradılmasından 2231 il keçir
Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Quru Qoşunlarının yaradılmasının 2231-ci ildönümü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin “Twitter” hesabında mesaj dərc olunub.
“Üzərinə götürdüyü bütün vəzifələrdə böyük uğurlara imza atan Quru Qoşunlarımız xüsusilə cənub sərhədimizdə yaradılması arzulanan terror dəhlizinin qarşısının alınması və ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlarla şanlı tarixinə yeni və böyük nailiyyətlər əlavə edib.
Bu fəaliyyətlərlə yanaşı, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər və Somali kimi dost, qardaş və müttəfiq ölkələrdə NATO, BMT, Aİ və ATƏT çərçivəsində və ikitərəfli qaydada uğurla xidmət edən qəhrəman Quru Qoşunlarımız tariximizə, mədəniyyətimizə və əcdadlarımıza yaraşan şəkildə qlobal sülh və sabitliyə töhfə verməklə yanaşı, eyni zamanda, təlim/təcrübə fəaliyyətlərini də fasiləsiz olaraq davam etdirir”, - deyə mesajda bildirilir.
Akar Quru Qoşunlarının milli, mənəvi və peşə dəyərlərindən ilhamlanaraq ona veriləcək vəzifələri uğurla yerinə yetirəcəyinə və türk millətinin qürur mənbəyi olmağa davam edəcəyinə tam inandığını bildirib.
Şəffaflıq.az
Facebook-da paylaş