Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1500-ə çatıb
Əfqanıstanın Paktika və Xost vilayətlərində zəlzələ qurbanlarının sayı 1500 nəfərə çatıb.
Bu barədə “Əl-Cəzirə” telekanalı “Taliban” hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Təbii fəlakətdən 2000-dən çox insanın xəsarət aldığı bildirilir.
Xatırladaq ki, iyunun 22-də Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib. “Taliban” hökuməti fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün beynəlxalq yardım istəyib. Eyni zamanda BMT Baş katibi Antonio Quttereş dünya ictimaiyyətini həmrəylik nümayiş etdirməyə çağırıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş