Çex Respublikası ölkəni Rusiya və Belarus vətəndaşları üçün bağladı


 

Çex Respublikası Rusiya Federasiyası və Belarus vətəndaşlarına vizanın verilməsini 2023-cü ilin mart ayına qədər dayandırıb.

Bu qərarı ölkənin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə respublika hökuməti qəbul edib.

Həmin vaxta qədər rusiyalılara və belaruslara ölkədə uzun müddət qalmaq üçün icazə verilməyəcək. Nazirlikdən bildirilib ki, beləliklə, Çex Respublikası Ukraynada xüsusi əməliyyatı dayandırmaq, eləcə də milli təhlükəsizliyi təmin etmək üçün Rusiya və Belarus hakimiyyətinə təzyiq göstərmək istəyir.

“Humanitar hallar istisnadır”, - deyə nazirlikdən əlavə olunub.

Artıq Çex Respublikasında uzunmüddətli yaşamaq icazəsi olan Rusiya Federasiyası vətəndaşları müəyyən edilmiş rejimə uyğun olaraq bu icazənin müddətinin uzadılması üçün müraciət edə biləcəklər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}