Norveç neft hasilatını dayandıra bilər

 

Norveçdə neft hasilatı dənizdəki mədən işçilərinin tətili səbəbindən azala və ya ümumiyyətlə dayana bilər.

Bu barədə Norveç Neft Assosiasiyası (NOG) məlumat yayıb.

Bildirilir ki, tətil işçilərin əmək haqlarının səviyyəsindən narazı olması səbəbindən başlaya bilər. Müəssisələrdə çalışan 7,5 min işçidən 845 nəfəri tətilə başladığını elan edib.

Həmkarlar ittifaqlarının məlumatına görə, əmək haqqının artırılması ilə bağlı işəgötürənlərlə danışıqların nəticəsiz qalması ilə daha genişmiqyaslı tətil iyunun 12-də başlayacaq.

Yaxın gələcəkdə daha çox işçi bu tətilə qoşula bilər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}