Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib

Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanlarına dəyişiklik etməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək səlahiyyəti ləğv edilib.
Digər dəyişikliklə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etmək tapşırılıb.
Eyni zamanda TƏBİB tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}