Gələn ildən inşası gedən yeni binada imtahanlar kompüterdə keçiriləcək

 Gələn ildən inşası gedən yeni binada imtahanlar kompüterdə keçiriləcək.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların kağız üzərində deyil, kompüterdə keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq müəyyən imtahanlar kompüter vasitəsilə keçirilir: "Elektron imtahanlara keçidlə əlaqədar xüsusi platforma yaradılıb. Sınaq imtahanlarını elektron formada daima keçiririk. Kütləvi imtahanlarda bu keçid təkcə kompüterin sinifdə, məktəbdə olması ilə deyil, müxtəlif mərhələlərdə kompüterlərin və müvafiq proqramlarda işləməyi bacaran müəllimlərin sayının artırılmasına da gərək diqqət göstərək. Hazırda 800 iş yeri olan bina inşa olunur və gələn ildən orada daimi olaraq kompüterdə imtahanlar keçiriləcək. Sınaq imtahanları, 1000-1500 nəfərlik şəxsin iştirakı işə baş tutan imtahanlar da həmin binada keçiriləcək. Bölgələrdə belə mərkəzlər mövcud olandan sonra kompüter imtahanlarına keçid edə bilərik. Bu imtahanlar bir gündə baş tuta bilməyəcək. Bunlar da hansısa cədvəl əsasında aparılacaq. Bu istiqamətdə Təhsil Nazirliyi və müvafiq qurumlarla sıx əməldaşlıq edirik"."Report"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}