Berlində sürücü avtomobili insanların üzərinə sürdü: Ölən və xəsarət alanlar var

 

Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb.

Hadisə Berlinin Şarlottenburq rayonunda, insanların sıx olduğu meydanda baş verib.

Nəticədə bir nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Almaniya polisi bunun qəsdən törədilə biləcəyini istisna etmir.

“Söhbətin bədbəxt hadisədən və ya qəsdən törədilmiş hərəkətlərdən getməsi hələlik məlum deyil. Əməliyyatçılar hadisəni törətdiyi güman edilən şəxsi yerindəcə saxlayıblar”, - deyə polisdən bildiriblər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}