Akademik Arif Paşayev və nazir Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın qaliblərini mükafatlandırıblar
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının qalibi olan Akademiya tələbələri ilə görüşüb.
Bu barədə Rəşad Nəbiyev özünün “Twitter” səhifəsində məlumat paylaşıb:
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Planer” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “MockingJay” komandası olmuşdur. Akademiyanın rektoru, akademik Arif Paşayevlə birlikdə komanda üzvlərini festivalda fəal iştiraka və ali təhsil müəssisəsini layiqli təmsil etdiklərinə görə akademiyanın təşəkkürnaməsi ilə təltif etdik”.
Şəffaflıq.az
Facebook-da paylaş