Cozef Bayden gələn ay İsrailə səfər edəcək
Şəffaflıq.az NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.
Məlumata görə, Ağ ev Cozef Baydenin İsrailə səfərini NATO və Avropada keçiriləcək G7 toplantılarına bağlamamaq, onu Yaxın Şərq ziyarətinin bir hissəsinə çevirməmək barədə qərar edib.
Bildirilib ki, Ağ ev Prezident İsrailə rəsmi səfərini hələ elan etmədiyindən onun tarixinə də şərh vermirlər.
Vurğulanıb ki, Baydenin səfəri bu ilin iyulunda reallaşacaq. ABŞ Prezidenti Yaxın Şərqə səfəri ilə bağlı bunları deyib: “Mənim vəzifəm Yaxın Şərqə sülh aparmaqdır. İsraillə ərəb ölkələri arasında davam edən ağılsız müharibə ehtimalını azaltmaqdır".
Qeyd edək ki, onun səfər zamanı İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə görüşləri planlaşdırılır.
Facebook-da paylaş