ADIF ləğv prosesində olan bankın əmlakını hərraca çıxarıb

Mayın 31-də də Əmanətlərin Sığortalanması Fondunda (ADİF) ləğv prosesində olan "AG Bank" ASC-nin daşınmaz əmlakının icarəsi üzrə bağlı hərrac keçiriləcək.
Şəffaflıq.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - ADIF məlumat yayıb.
Bildirilir ki, söhbət Bərdə şəhəri, Sənaye küçəsindəki 897,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub və bank ləğvetmə mərhələsindədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}