İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb
İspaniya hökuməti krallıqda meymunçiçəyinə yoluxanların sayının 98 nəfərə çatdığını təsdiq edib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl İspaniyada yoluxma sayının 84 olduğu bildirilirdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi Afrikanın mərkəzində və qərbində rütubətli tropik meşələrin yaxınlığında yerləşən ərazilərdə rast gəlinən nadir virus xəstəliyidir.
Xəbəri paylaş
Facebook-da paylaş