İranın on vilayətində məktəblər bağlandı: İnsanlara xəbərdarlıq edildi
İranın on vilayətini toz fırtınası bürüyüb.
Bu barədə İranın Milli Hava Proqnozları və Böhran Vəziyyətlərinin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.
Bildirilir ki, havanın yüksək dərəcədə çirklənməsi Tehran, Əlborz, Qum, Lorestan, Kirmanşah, Həmədan, Mərkəzi, Xuzistan, Buşehr və Hörmüzqan əyalətlərində qeydə alınıb. Eyni zamanda Tehran və Əlburzda bu göstərici azalır.
Zərər çəkmiş əyalətlərin əksəriyyətində təhsil müəssisələrində dərslər ləğv edilib, həmçinin dövlət müəssisələri və bankların işi dayandırılıb. Yerli sakinlərə çölə çıxmamaq və müvəqqəti tikililərin davamlılığına nəzarət etmək tövsiyə olunur.
Qeyd edilib ki, ölkəyə toz və qumlu hava kütlələri əsasən İraq və Suriyadan daxil olur.
Şəffaflıq.az
Facebook-da paylaş