İtaliyada təyyarələr havada toqquşdu: Ölənlər var

 

İtaliyanın cənubundakı Apulia bölgəsinin Trani şəhəri yaxınlığında iki kiçik mühərrikli “Piper” təyyarəsinin iştirakı ilə qəza baş verib.

İnsident nəticəsində  iki nəfər ölüb, bir nəfər yaralanıb.

Məlumata görə, təyyarələr havada toqquşub. Onlardan biri qəzaya uğrayıb, ikinci təyyarənin pilotu isə təcili eniş etməyi bacarıb.

Pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}