Pentaqon Rusiya ilə toqquşma ehtimalının artdığını açıqlayıb


 

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb.


Şəffaflıq.az “Fox News” telekanlına istinadən xəbər verir ki, o bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb.

“Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib.

Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur:

“Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}