Hindistan paytaxtında yanğın nəticəsində ölən və xəsarət alanların sayı artıb
Hindistanın paytaxtı Yeni Dehlinin qərbində üçmərtəbəli ofis binasında baş verən yanğında ölən və xəsarət alanların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Son məlumata görə, hadisə nəticəsində azı 26 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Qeyd olunur ki, yanğın birinci mərtəbədən başlayıb və qısa müddətdə 70-ə yaxın insanın olduğu bütün binanı bürüyüb.
Binanın sahibi həbs edilib.
Xəbəri paylaş
Facebook-da paylaş