Azərbaycan yığmasının qapıçısı "Qarabağ"da yubiley oyununu keçirib

 Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.
Şəffaflıq.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı qolkiperin yubileyi XVI turdan təxirə salınmış “Sumqayıt”la matça təsadüf edib. O, özü üçün əlamətdar qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb – 5:0.
Ümumilikdə, Məhəmmədəliyev “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.
Qeyd edək ki, "Qarabağ"da 2015/2016 mövsümündə debüt etmiş Şaruddin Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb."Report"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}